Bülbülə sakininin həyətyanı narkotik vasitə aşkar edilib
12 Sentyabr 2018 18:57 KriminalBülbülə qəsəbə sakininin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, növbətçi Hissələri İdarəetmə Xidməti və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ələddin Bağırovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31