Evlərə qənim kəsilən dəstə ələ keçdi

Mingəçevir Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-dan cari il avqustun 10-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən dəstə üzvləri tutulub. DİN-dən "Olaylar"a verilən məlumata göğrə, bunlar şəhər sakinləri Rəşad Abbaszadə, Vasif Ağayev, İsmət Vəliyev, əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev və Siyavuş Həmzəyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31