Heyvan oğruları ələ keçdilər

Heyvan oğurluğu ilə məşğul olan Gəncə sakinləri yaxalanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 2-də Binnət Hüseynova məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Rəşad İsmayılov, Roman Əhmədov və əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31