Quba rayonun Qrızdəhnə kəndində ümumi sahəsi 429 m² olan ikimərtəbəli 13 otaqlı mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31