Salyan sakinindən marixuana götürülüb
12 Sentyabr 2018 18:28 KriminalSalyan rayonun Bəşirbəyli kənd sakininin həyətyanı sahəsində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Salyan RPŞ və Mühafizə Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bəşirbəyli kənd sakini, əvvəllər məhkum olunmuş Mirzə Babayevin həyətyanı sahəsindən 5 ədəd çətənə kolu və 435 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31