Evdən 7500 manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub
12 Sentyabr 2018 18:24 KriminalBakıda evdən 7500 manatlıq qızıl əşyalar oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Səbail rayon Polis idarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 3-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ağa Məmmədov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31