“Azərişıq”ın əməkdaşı faciəvi şəkildə öldü
12 Sentyabr 2018 12:13 KriminalBakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Dünən saat 10 radələrində "Azərişıq" ASC-nin Nərimanov rayon şöbəsinin tabeliyində fəaliyyət göstərən və Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən yarımstansiyada qəza baş verib.
Belə ki, orada işləyən Qaraçuxur qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ziyəddin Əliyev cari təmizlik işləri ilə məşğul olarkən elektrik vurması nəticəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31