Axtarışda olan şəxsdə narkotik aşkar edilib

Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş "İJ-16" markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə  kolu və 530 qram marixuana aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31