“Mercedes”yolu keçən piyadanı vurub öldürdü
11 Sentyabr 2018 18:10 KriminalQaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi "Mercedes" markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31