Ev sahibinə zor tətbiq edərək telefonu aparıb
11 Sentyabr 2018 18:06 KriminalNəsimi rayonunda soyğunçu saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə girmiş naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək mobil telefonunu aparıb. 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31