Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb
11 Sentyabr 2018 12:25 KriminalBakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.
"Report"un xəbərinə görə, Nizamı rayonunda yerləşən "Neon Palace" restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. "Neon Palace" restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31