İmişlidə mağaza yanıb

İmişli rayonunun Məzrəli kəndində ümumi sahəsi 290 m2 olan, bir dam altında tikilmiş mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə mağazanın yanar konstruksiyaları 45 m2 sahədə, ümumi sahəsi 108 m2 olan anbarın yanar konstruksiyaları, ümumi sahəsi 36 m2 olan yeməkxananın tavanı 12 m2 sahədə və tikilinin dam örtüyünün yanar konstruksiyaları 208 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31