Qazaxda içərisində 2 avtomobil olan camaşırxana yanıb

Qazax rayonunda ümumi sahəsi 400 m2 olan tikilinin (camaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı tikilinin içərisində olan 15 ədəd məişət avadanlığı, tikiliyə bitişik ümumi sahəsi 100 m2 olan talvarın altında dayanmış "Ford" markalı minik avtomobilinin salon hissəsi və "Suzuki" markalı yük avtomobilinin kabinası yanıb. Tikilinin dam örtüyü, talvar və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31