Binəqədidə 3 otaqlı ev yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirlib ki, nəticədə ümumi sahəsi 36 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 7 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31