Oğrunun digər cinayət əməlləri aşkar edilib

Oğurluq etdiyinə görə tutulmuş Rəhman Dadaşzadənin törətdiyi digər cinayət əməlləri müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Rəhman Dadaşzadənin ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 13 avtomobildən, 1 evdən, 1 həyətyanı sahədən pul və məişət əşyaları, habelə 1 nəfərin mobil telefonunu və digər 1 nəfərin isə velosipedini oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31