Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da Müşfiqabad qəsəbəsindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adnam Qəhrəmanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31