Lənkəran sakinlərindən ov tüfəngi götürülüb
10 Sentyabr 2018 18:13 KriminalLənkəran rayonunun Cil kənd sakinlərindən sənədləri olmayan ov tüfəngləri aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, daxil olan məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cil kənd sakinləri olan İmran Abdullayevin, Şirvan Əkbərovun və Elmin Rzayevin evlərinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16", "İJ-58" və "İJ-18" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31