Metal boru oğurlayan şəxs ələ keçib

Binəqədi qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən metal borunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 36 metr metal borunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elvin Alıyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31