Evi qarət edən keçmiş məhkum tutulub

Nərimanov rayonu ərazisindəki evlərin birini qarət edən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki evlərin birindən 50 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31