Kürdəmir rayonu ərazisindəki evlərin birindən elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən sentyabrın 1-də rayon ərazisindəki evlərin birindən 22 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Seymur Əliyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31