Binəqədidə qazanxana və anbar yanıb

Bakı şəhəri, Binəqədi rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 100 m2 olan tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə tikilinin  dam örtüyü 202 sahədə, içərisində olan anbarın yanar konstruksiyaları və taxta yonqar 15 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Tikili qazanxana və anbar kimi fəaliyyət göstərib.

>

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31