Cəlilabadda evdən 20 min manatlıq qızıl oğurlandı

Cəlilabadda evdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə Göytəpə şəhərindəki evlərin birindən 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31