Baba nəvəsini avtomobillə vurub öldürdü

Yevlaxda azyaşlı qəzanın qurbanı olub. DİN-dən "Olaylar"a  verilən məlumata görə, sentyabrın 6-da saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev "Volkswagen" markalı avtomobili idarə edərək evinin həyətində nəvəsi - 3 yaşlı Ramiz Əlizadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31