Kürdəmir sakinində narkotik aşkar edildi

Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, tədbirlər nəticəsində Karrar kənd sakini Raqib Xankişiyevin kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 36 ədəd çətənə kolu və 64 ədəd çətənə kolunun qurumuş gövdəsi, habelə həyətyanı sahəsindən və evindən 2 kiloqram 400 qram marixuana və şəxsi istehlak miqdarından artıq tiryək aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31