Həmkəndlisinə saxta dollar sırıyan tutulub
6 Sentyabr 2018 18:33 KriminalKürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlanıb. DİN-dən "Olaylar"averilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib. Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31