Daha 2 nəfər Kürdə boğulub
6 Sentyabr 2018 18:21 KriminalMingəçevir su anbarında (nəzarətsiz ərazi) avqustun 29-da batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir. FHN-dən "Olaylar"a verilən məlumata görə, axtarışlara nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "Mi-17-1V" helikopteri, Gəncə Regional Mərkəzinin şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31