Avtomobili qarət edən yaxalanıb

Xətai rayonu ərazisindəki avtomobillərin birindən çanta oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 5-nə keçən gecə Xətai rayonu ərazisindəki avtomobillərin birindən içərisində 100 manat, 2 ədəd mobil telefon, qol saatı və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Malik Hüseynov Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 13-cü PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31