“Mercedes” piyadanı vurub öldürdü
6 Sentyabr 2018 18:01 KriminalNərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində Bakı şəhər sakini Asiman Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31