81 ədəd saxta dollar aşkarlandı

Kürdəmir sakinində 81 ədəd saxta dollar aşkarlanıb.

Bu barədə DİN məlumat yayıb.

Sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31