Avtomobil vuran piyada hadisə yerində ölüb

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi "Jeep" markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31