“Mercedes” yolu keçən piyadanı vurub öldürdü
5 Sentyabr 2018 18:09 KriminalSentyabrın 2-də saat 3 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Sərxan Bayramzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Babək Dadaşovu vurub. DİN-dən "Olaylar"a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 4-də orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31