Evlərdən qızıl aparan şəxs ələ keçib
5 Sentyabr 2018 18:03 KriminalMasallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evlərin birindən 300 manat, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31