Xızıda içərisində avtomobil olan qaraj yanıb
5 Sentyabr 2018 15:05 KriminalXızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus qaraj yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 24 m2 olan qaraj, içərisində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri, qaraja bitişik ümumi sahəsi 48 m2 olan talvarın yanar konstruksiyaları 24 m2 sahədə, talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və 2 ton taxılın 1 tonu yanıb. Bitişik tövlə, talvarın, ot bağlamasının və taxılın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31