Ağstafada inzibati bina yanıb
5 Sentyabr 2018 15:04 KriminalAğstafa rayonunun Kolxəlfəli kəndində inzibati binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyidən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 600 m2 olan inzibati binanın çardağının yanar konstruksiyaları 130 m2 sahədə, 1 otağın yanar konstruksiyaları və içərisindəki olan əşyalar 20 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31