Avtoqəzada sürücü ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib
3 Sentyabr 2018 17:10 KriminalQaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi "AzSamand" markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Qaradağ rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31