Nardaranda silah-sursat aşkar olunub
3 Sentyabr 2018 17:01 KriminalNardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunub. DİN-dən "Olaylar"a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanan tapança, alışqanı olmayan "F-1" markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar edilib. Aşöar olunan silah-sursat hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31