Silsilə oğurluqla məşğul olan şəxslər tutulublar
3 Sentyabr 2018 15:50 KriminalXəzər rayonu ərazisindəki evlərin birindən istilik sisteminin hissələrini və elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən istilik sisteminin hissələrini və 150 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini Natiq Məmmədov saxlanılmışdır.
2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə sentyabrın 1-də rayon ərazisindəki evlərdən birinin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazir Talıbov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqustun 28-dən 31-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki iki evin həyətindən velosiped oğurlaması da müəyyən edilmişdir.