Salyan sakini qonşusunu güllələyib
3 Sentyabr 2018 15:48 KriminalSalyanda qonşusunu öldürən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan "İJ-58" markalı tüfəng götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31