Telefon oğurlayan keşmiş məhkum ələ keçib
31 Avqust 2018 17:10 KriminalMetronun "28 May" stansiyasının qarşısında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da metronun "28 May" stansiyasının qarşısında Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31