Gəncədə soyğunçu tutulub

Gəncə şəhər sakini S.Tağıyevin 125 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 29-da Gəncə şəhəri ərazisində naməlum şəxs şəhər sakini Seyfəddin Tağıyevin 125 manat pulunu soyğunçuluq yolu ilə almışdır. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Müseyib Qasımov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31