Soyğunçuluqla məşğul olan şəxs saxlanıb
31 Avqust 2018 17:04 KriminalSoyğunçuluqla məşğul olan Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 30-da Nərimanov rayonunun A.Nemətulla küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetmənin mobil telefonunu açıq talama yolu ilə almışdır.Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Famil Məmmədov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31