Bakıda "Topaz” mərc oyunları məntəqəsi qarət edilib
31 Avqust 2018 17:01 KriminalOğurluq etdiyinə görə tutulmuş T.Purdarinin Nəsimi rayonu ərazisindəki zirzəmilərin birindən və "Topaz" mərc oyunları məntəqəsindən oğurluq etməsi də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Turqay Purdarinin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki zirzəmilərin birindən məişət əşyaları və "Topaz" mərc oyunları məntəqəsindən 300 manat pul və noutbuk oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31