Anbardan cihaz oğurlayanın əlləri qandallanıb

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki müəssisələrin birinə məxsus anbardan 13 ədəd hidravlik cihaz oğurlamaqda şübhəli bilinən şəxs  saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da Sahil qəsəbəsi ərazisindəki müəssisələrin birinə məxsus anbardan 390 manat dəyərində 13 ədəd hidravlik cihaz oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Tahir İsmayılov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31