Bakıda 28 yaşlı oğlan yaşadığı binanın qarşısında bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 31-i gecə saat 03 radələrində paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Usub oğlu Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31