İtaliyanın Apuliya bölgəsində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 27 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.
-----------------
İtaliyanın cənubunda qatarların toqquşması nəticəsində həlak olanların sayı 23-ə, yaralıların sayı isə 50-ə çatıb.
Sərnişin qatarı İtaliyanın cənubundakı Barletta-Andriya-Trani vilayətində, Apuliya bölgəsindəki andriya şəhərinin yaxınlığında yerli vaxtla 11.30 radələrində toqquşublar. Toqquşma nəticəsində 3 vaqon tamamən dağılıb.
İtaliyanın Milli Mülki Müdafiə Xidmətindən verilən məlumata görə, həlak olanlar və yaralılar arasında xarici ölkə vətəndaşları yoxdur.
---------
İtaliyada iki sərnişin qatarının toqquşması nəticəsində ölən və yaralananlar arasında xarici ölkə vətəndaşları yoxdur.
Report İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Xidmətindən bildirilib.
Məlumata görə, hadisədə ən azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb.
Üç vaqon tamamilə dağılıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir.
-----------
İtaliyanın Apuliya bölgəsində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 12 nəfər həlak olub.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı arta bilər.
Onlarla yaralı müxtəlif xəstəxanalara çatdırılıb.
----------
İtaliyanın cənubunda iki qatar toqquşub.
Baridə (Apuliya vilayətində) Andriya və Korato yaşayış məntəqələri arasında iki regional qatarın toqquşması nəticəsində azı 10 nəfər ölüb.
Onlarla insanın yaralandığı bildirilir. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Report İtaliya KİV-inə istinadən xəbər verir ki, regional dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.

