Avtomobili qarət edənlər yaxalanıblar

Gəncədə avtomobili qarət edən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də şəhər sakini Ramil Paşayevə məxsus "Toyota" markalı avtomobildən 400 manat pul, 6000 manat dəyərində qızıl əşyalar, açar və sənəd oğurlamış həmyerliləri Suliddin Abbasov və Razi Rzayev tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31