Bakı sakinindən “Makarov” tapançası götürülüb
4 May 2016 14:41 KriminalBakı şəhər sakinində odlu silah aşkarlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Nəriman Əliyevdən "Makarov" markalı tapança, 5 ədəd patron və 3,270 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31