Bakı sakinindən 5 kq marixuana götürülüb

Hüquq mühafizə orqanları narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində gördüyü ardıcıl işləri davam etdirir. Növbəti əməliyyat zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 1957-ci il təvəllüdlü Vahid Bəhramovdan 5 kq marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31