Fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda Fəhlə çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Olaylar" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 3-də Xırdalan şəhərində yeni tikilən binalardan birində fəhlə işləyən Abşeron rayon sakini Alim Alıyev həmin binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31