Qadının meyiti evində tapılıb

Sumqayıt sakini evində ölü tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1940-cı il təvəllüdlü Karalyova Qalina Andreyevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31